Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək

16-12-2019, 07:56           
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

"Report"un məlumatına görə, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Püşk zamanı komandalar iki səbətdən çıxarılacaqlar:

Səpələnmişlər: "Barselona" (İspaniya, F qrupu), "Bavariya" (Almaniya, B qrupu), "Yuventus" (İtaliya: D qrupu), "Leyptsiq" (Almaniya, G qrupu), "Liverpul" (İngiltərə, E qrupu), "Mançester Siti" (İngiltərə: C qrupu), PSJ (Fransa, A qrupu), "Valensiya" (İspaniya, H qrupu)

Səpələnməmişlər: "Atalanta" (İtaliya: C qrupu), "Atletiko" (İspaniya, D qrupu), "Çelsi" (İngiltərə, H qrupu), "Borussiya" (Dortmund, Almaniya, F qrupu), "Lion" (Fransa, G qrupu), "Napoli" (İtaliya, E qrupu), "Real Madrid" (İspaniya, A qrupu), Tottenhem" (İngiltərə, B qrupu)

Səpələnmişlər səbətindəki komandalar cavab görüşünü öz meydanlarında keçirəcəklər. Püşkdə heç bir komanda öz ölkəsindən olan və qrupda qarşılaşdığı klubla düşə bilməz.

1/8 final mərhələsinin ilk oyunları 18-19 və 25-26 fevralda, cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək. 1/4 final, yarımfinal və final mərhələlərinin püşkü isə martın 20-də atılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru