Azərbaycanlı döyüşçüdən rusiyalıya sərt cavab

6-06-2020, 11:32           
Azərbaycanlı döyüşçüdən rusiyalıya sərt cavab
Azərbaycanın MMA döyüşçüsü, hazırda Rusiyanın “Fight Nights Global” turnirinin yüngül çəki dərəcəsində çempionu Nəriman Abbasov bir məsələyə aydınlıq gətirib.

Oxu.Az xəbər verir ki, N.Abbasov 2018-ci ildə Tofiq Musayevin Bakıda məğlub etdiyi rusiyalı Maarif Pirayevin onunla döyüşmək istəməsinə cavab verib:

“İstərdim ki, son vaxtlar mənim ətrafımda yaranmış səs-küyə görə narahat olan azarkeşlərimizi sakitləşdirim. Şou MMA-nın bir hissəsidir. Solğun karyera məqamında olan döyüşçülər şöhrət zirvəsindəki digər, daha məşhur döyüşçüləri təhqir və təhdid edir. Artıq qəfəsdə yox, yalnız onun kənarında özünü göstərə bilənlər başqa nə edə bilər ki?! MMA kimi məşhur idman növündə təvazökar döyüşçü olmağı çoxu bacarmır”.

Qeyd edək ki, “Piranya” ləqəbli M.Pirayev çempionluq kəməri üçün məhz N.Abbasovla döyüşmək istəyir. Təşkilatçılar isə sentyabrın 25-də Nərimana rəqib kimi digər rusiyalı Mixail Qoqitidzeni təyin edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru