“Bayer Leverkuzen” - “Bavariya” oyununda altı qol vurulub

6-06-2020, 20:21           
“Bayer Leverkuzen” - “Bavariya” oyununda altı qol vurulub
İyunun 6-da Almaniya Bundesliqasının 30-cu turunun oyunlarına start verilib.

AZƏRTAC xəbər verir ki, çempionatın lideri “Bavariya” səfərdə Leverkuzenin "Bayer” komandasının qonağı olub.

Görüş Münxen təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. “Bavariya”nın heyətində Kinqsli Koman, Leon Qoretska, Serj Qnabri və Robert Levandovski, meydan sahiblərində isə Lukas Alario və Florian Virtz fərqləniblər.

Turun digər oyunlarında “Ayntraxt” öz meydanında “Maynz”a 2:0 hesabı ilə məğlub olub, “Fortuna” - “Hoffenhaym” (2:2), “Leyptsiq” - “Padenborq” (1:1) görüşlərində isə qalib müəyyənləşməyib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru