UFC turniri Əbu-Dabidə keçiriləcək

7-06-2020, 09:02           
UFC turniri Əbu-Dabidə keçiriləcək
Mütləq Döyüş Çempionatı (UFC) turnirinin keçiriləcəyi ada Əbu-Dabidə yerləşir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Globo” telekanalı məlumat yayıb. BƏƏ-nin ən böyük əmirliklərindən biri olan Əbu Dabinin ərazisində 200-dən çox ada var. Məlumata görə, onlardan biri iyunun 27-də UFC turnirinə ev sahibliyi edəcək. UFC rəhbəri Dana Uaytın fikrincə, bu ada koronavirus pandemiyası zamanı turnirlər keçirmək üçün təhlükəsiz yer olacaq. Amma UFC rəsmi olaraq adanın yerləşdiyi ərazi barədə məlumat verməyib.

Qeyd edilib ki, Əbu-Dabiyə gələnlər iki həftəlik karantinə alınmayacaqlar. Belə ki, BƏƏ-nin paytaxtına gəldikdən sonra bütün sərnişinlər koronavirusa görə testlərdən keçiriləcək, nəticələr əldə edilənə qədər özlərini təcrid etməyə dəvət olunacaqlar.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.