Bu gün meydançaya çıxmalı olan komandada koronavirus aşkarlandı

7-08-2020, 08:16           
Bu gün meydançaya çıxmalı olan komandada koronavirus aşkarlandı
Fransanın "Sent-Etyen" klubu özünün "Twitter"dəki səhifəsində birinci komandanın oyunçularından birinin koronavirusa yoluxduğunu bildirib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Təhlükəli infeksiyaya yoluxan futbolçunun adı açıqlanmır. O, indi özünü təcridetmədədir.

Qeyd edək ki, bu gün – avqustun 7-də "Sent-Etyen" və Berlinin "Qerta" komandaları arasında yoldaşlıq matçı olmalı idi. Ancaq təhlükəsizlik qaydalarına görə oyun ləğv edilib.

Fransa çempionatı pandemiyaya görə vaxtından əvvəl, 28-ci turdan sonra başa çatıb. Ölkə çempionu "Pari Sen-Jermen" olub, "Sent-Etyen" yarış cədvəlində 17-ci yeri tutub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.