Messi "Barselona"dakı böhrana görə azarkeşlərindən üzr istəyib

30-09-2020, 04:51           
Messi "Barselona"dakı böhrana görə azarkeşlərindən üzr istəyib
İspaniyanın "Barselona" futbol klubunun argentinalı hücumçusu Lionel Messi klubdakı böhranla bağlı azarkeşlərə müraciət edib. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın "Sport" nəşrində xəbər yayılıb.

"Bu qədər fikir ayrılığından sonra hər şeyə son qoymaq istərdim. Hamımız bir yerə toplanmalı və ən yaxşı gələcəyi düşünməliyik. Səhvlərimə görə məsuliyyət daşıyıram, bunları "Barselona"nı daha yaxşı və güclü olması üçün etmişəm. Bizi izləyən bütün azarkeşlərə bir mesaj göndərmək istədim”, - futbolçu deyib.

Daha əvvəl L.Messi "Barselona"ya klubdan ayrılmaq niyyətində olmağı barədə bildirib, lakin 4 sentyabrda ailəsinin Kataloniyada qalmaq istəyi səbəbindən İspaniya komandasında karyerarasını davam edəcəyini açıqlayıb.

33 yaşlı Messi "Barselona"nın yetirməsidir və əsas komandada 2004-cü ildə debüt edib. Argentinalı peşəkar karyerasında 700-dən çox qol vurub (630 qol "Barselona"da, 70 qol Argentina yığması uğrunda). 2019-cu ilin dekabrında oyunçu "France Football" jurnalının versiyasına görə ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatına layiq görülüb. Ümumiliktə L.Messinin arxivində 2009, 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə aldığı altı belə mükafat var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru