"Böyük Dəbilqə"nin qızıl medalçısı mükafatını əsgər və zabitlərimizə göndərəcək

25-10-2020, 09:12           
"Böyük Dəbilqə"nin qızıl medalçısı mükafatını əsgər və zabitlərimizə göndərəcək
"Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən bu medalı şəhidlərimizə həsr edirəm".

“Report” xəbər verir ki, bu fikirləri ötən gün Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turnirində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanan Azərbaycan idmançısı Rüstəm Orucov deyib.

“Burada qazandığım mükafatı inşallah əsgər və zabit qardaşlarımıza göndərəcəm. Qarabağ Azərbaycandır”, - deyə o əlavə edib.

Qeyd edək ki, cüdoçumuz nüfuzlu yarışda Monqolustan, Bolqarıstan, Rusiya, İsveç təmsilçilərinə qalib gələrək finala çıxıb. R.Orucov qızıl medal uğrunda qarşılaşmada İsveçrə nümayəndəsi Nils Stampı məğlub edərək əsgər salamı verib. Beləliklə, Azərbaycan təmsilçisi Macarıstan yarışını fəxri kürsünün ən yüksək pilləsində başa vurub.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.