DÇ-2022: İsveçrə millisi 1/8 finalda, Serbiya mundialla vidalaşıb - VİDEO

3-12-2022, 09:42           
DÇ-2022: İsveçrə millisi 1/8 finalda, Serbiya mundialla vidalaşıb -  VİDEO
İsveçrə millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.

G qrupunun III turunda Serbiya yığmasına 3:2 hesabı ilə qalib gələn kollektiv 2-ci yerin sahibi kimi pley-offa adlayıb.

İlk qolu 20-ci dəqiqədə İsveçrə seçməsindən Cerdan Şakiri vurub. 6 dəqiqə sonra Aleksandar Mitroviç tarazlığı bərpa edib. 35-ci dəqiqədə Duşan Vlahoviç serbiyalıları önə keçirib. 44-cü dəqiqədə Brel Embolo hesabı yenidən bərabərləşdirib. Son nöqtəni isə 48-ci dəqiqədə Remo Froyler qoyub.

Bu nəticədən sonra xallarını 6-ya çatdıran İsveçrə millisini 1/8 finalda Portuqaliyaya rəqib olub. 1 xalı olan Serbiya isə qrupunu sonuncu pillədə tamamlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru