AVRO-2024: Seçmə mərhələyə start verildi

24-03-2023, 11:34           
AVRO-2024:
AVRO-2024-ün seçmə mərhələsinə start verilib.

Oxu.Az xəbər verir ki, ilk gündə C, H və J qruplarında ümumilikdə 8 matç keçirilib.

Gecənin oyununda İtaliya və İngiltərə yığmaları birincilərin meydanında üz-üzə gəliblər. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı ingilislər açıb. 13-cü dəqiqədə Deklan Rays fərqlənib. Harri Keyn 44-cü dəqiqədə penaltini dəqiq yerinə yetirməklə fərqi iki topa yüksəldib. Yığma komandada 54-cü qolunu vuran forvard bununla İngiltərə millisi tarixinin ən məhsuldar oyunçusu adına yiyələnib. İtalyanlar ikinci yarıda Matteo Retegi ilə fərqi azaltsalar da, daha artığına gücləri çatmayıb.

Portuqaliya millisi öz meydanında Lixtenşteynlə üz-üzə gəlib. Matç pireneylilərin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Joau Kanselu və Bernardu Silvanın hərəyə bir dəfə fərqləndiyi matçda portuqalların daha iki topuna Kriştianu Ronaldu imza atıb. Onun cərimə zərbəsindən vurduğu ikinci top xüsusilə gözəl alınıb.

Danimarka millisi öz meydanında Finlandiyanı 3:1 hesabı ilə məğlub edib. Komandanın hər üç qoluna 20 yaşlı Rasmus Hoylund imza atıb.

Gecənin yeganə qolsuz oyunu Slovakiyada baş tutub. Meydan sahibləri Lüksemburqun müqavimətini qırmağı bacarmayıb.

AVRO-2024
Seçmə mərhələ

I tur

C qrupu

İtaliya - İngiltərə - 1:2
Qollar: Retegi, 56 - Rays, 13, Keyn, 44 (pen.)
Şimali Makedoniya - Malta - 2:1
Qollar: Elmas, 66, Çurlinov, 72 - Yannik, 86

H qrupu

Qazaxıstan - Sloveniya - 1:2
Qollar: Somurodov, 24 – Brekalo, 47, Viptoknik, 78

Danimarka - Finlandiya - 3:1
Qollar: Hoylund, 21, 82, 90+3 - Antman, 53

San-Marino - Şimali İrlandiya - 0:2
Qollar: Çarls, 24, 55

J qrupu

Bosniya və Herseqovina - İslandiya - 3:0
Qollar: Kruniç, 14, 40, Dediç, 63

Portuqaliya - Lixtenşteyn - 4:0
Qollar: Kaneslu, 8, B.Silva, 47, Ronaldu, 51 (pen.), 63

Slovakiya - Lüksemburq - 0:0












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.