“Qəbələ” və"Neftçi" qələbə qazandı – Möhtəşəm qələbə

1-07-2016, 10:06           
“Qəbələ” və"Neftçi" qələbə qazandı  – Möhtəşəm qələbə
Qəbələ Samtredianı 5:1 hesabı ilə məğlub edib

Bu gün “Qəbələ” klubu Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşıb.
“Report”un məlumatına görə, oyun “Bakcell Arena”da keçirilib.
Görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. İlk dəqiqələrdən hücumların sayını artıran “qırmızı-qaralar” matçın 15-ci dəqiqəsində istəyinə çatıb. 4 dəqiqə sonra Sergey Zenyov ikinci topu rəqib qapısından keçirib. Lakin Roman Qriqorçukun rəhbərlik etdiyi komanda bu hesabla kifayətlənməyib. Görüşün 30-cu dəqiqəsində komandanın yeni transferi Teo Viks adını tabloya yazdırıb. İlk hissə bu hesabla da başa çatıb.
İkinci hissədə isə toru silkələmək “Samtredia”ya nəsib olub. Laşa Şerqelaşvili 59-cu dəqiqədə Dmitri Bezotosnının qoruduğu qapıya yol tapıb. Hücumların sayını artıran “Qəbələ” rəqibin qolundan 10 dəqiqə sonra yenidən qol sevinci yaşayıb. Teo Viks dubla imza atıb. Bununla kifayətlənməyən Azərbaycan təmsilçisi 72-ci dəqiqədə futbol azarkeşlərinə yenidən qol sevinci yaşadıb. Bu dəfə də T.Viks qonaqları məyus edib və bununla da het-trikə imza atıb.
“Qəbələ” bir həftə sonra Gürcüstanda keçiriləcək cavab görüşündən sərfəli nəticə ilə dönərsə “Aktobe” (Qazaxıstan) – (“Budapeşt”) Macarıstan cütünün qalibi ilə II təsnifat mərhələsində qarşılaşacaq.

21:00. “Qəbələ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan) – 5:1

Qollar: Vojislav Stankoviç, 15. Sergey Zenyov, 19. Teo Viks, 30; 69; 72 – Laşa Şerqelaşvili, 59
"Neftçi" Avroliqanın I təsnifat mərhələsində ilk qələbəsini qazandı
Bu gün Bakının "Neftçi" klubu Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununu keçirib.

Bakı klubu Maltada "Baltsan"ın qonağı olub.

"Hibernians" stadionunda keçirilən oyunda hesabı 14-cü dəqiqədə Rəhman Hacıyev açıb. Tədricən rəqib qarşısında üstünlüyünü artıran Bakı klubu 84-cü dəqiqədə 2:0 hesabı ilə önə keçib: Ruslan Qurbanov penaltini qola çevirib. Görüş bu hesabla da başa çatıb.

Beləliklə, paytaxt təmsilçisi səfərdən sərfəli nəticə ilə geri dönməyi bacarıb. Cütün qalibi "Şkendiya" (Makedoniya) və "Krakoviya" (Polşa) komandalarının güclüsü ilə II təsnifat mərhələsində üz-üzə gələcək.

Baş hakim: Denis Şerbakov

Baş hakimin köməkçiləri: Dmitri Juk, Yuri Xomçanka

Dördüncü hakim: Sergey Tsınkeviç (hamısı Belarus)

Hakim-inspektor: Aleksey Spirin (Rusiya)

Bakı. “Bakcell Arena”

Qeyd edək ki, cavab görüşü iyulun 7-də Zestafonidə baş tutacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.