İranlı qız Bakıda: "Ay Toni Kuruuz!" - VİDEO

30-03-2017, 20:24           
İranlı qız Bakıda: "Ay Toni Kuruuz!" - VİDEO
Martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan-Almaniya (1:4) matçı böyük ajiotaj yaradıb.

teref.az sportbox.az-a istinadən xəbər verir ki, 31000 tamaşaçı yerləşən Respublika futbol arenasına bütün biletlər satılıb.

Qeyd edək ki, azarkeşlər arasında çox sayda iranlı turistlər də olub, onlar Novruz bayramı ilə əlaqədar paytaxtımıza səfər ediblər.

İranlı azarkeşlərdən biri sevimli futbolçusuna səslənməsi ilə aznetin ulduzuna çevrilib. İş ondadır ki, iranlı xanım Almaniya yığmasının yarımmüdafiəçisinin soyadını öz ləhcəsində təhrif edərək səsləndirib.

Doğrudur, Toni azarkeşinin fəryadını diqqətə almayıb, amma biz belə məhəbbətdən yan keçə bilmərik.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.