Rusiyada ağır yol qəzasında 5 nəfər ölüb, 6 nəfər yaralanıb

14-08-2019, 08:31           
Rusiyada ağır yol qəzasında 5 nəfər ölüb, 6 nəfər yaralanıb
Rusiyanın Krasnodar diyarının Ust-Labinski rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, qəza Temryuk-Krasnodar-Kropotkin avtomobil yolunda qeydə alınıb.

Bölgənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 4 nəfər hadisə yerində ölüb.

Yaralılar arasında olan bir azyaşlı isə reanimasiyada dünyasını dəyişib.

Regional Səhiyyə Nazirliyinin məlumatında bildirilib ki, xəsarət alanlar Ust-Labinski Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onların müayinəsi davam edir.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.