Yaponiyaya yeni qasırğa yaxınlaşır

14-08-2019, 00:41           
Yaponiyaya yeni qasırğa yaxınlaşır
Bu il sayca onuncu qasırğa olan “Krosa” Yaponiyanın cənub-qərb sahillərinə yaxınlaşır.

Trend-in məlumatına görə, hazırda Taneqasima adalarından 500 kilometr məsafədə olan qasırğanın avqustun 15-də Yaponiyanın iri adalarına çatacağı gözlənilir.

Sinoptiklər qasırğanın leysan yağışlarla müşayiət olunacağını bildirib. Yaxın günlərdə qasırğanın tüğyan edəcəyi bölgələrdə 1000 millimetrədək yağıntının düşəcəyi gözlənilir.

Xatırladaq ki, ötən həftə Yaponiyanın cənub-qərbindən “Lekima” qasırğası keçib. Təbiət hadisəsi ilə əlaqədar onlarla aviareys təxirə salınıb.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.