Polis azyaşlının qətlə yetirilməsi ilə bağlı məlumata aydınlıq gətirdi - belə bir faktla bağlı polis orqanlarına məlumat daxil olmayıb

8-11-2019, 16:41           
Polis azyaşlının qətlə yetirilməsi ilə bağlı məlumata aydınlıq gətirdi - belə bir faktla bağlı polis orqanlarına məlumat daxil olmayıb
Bakı şəhərində azyaşlının qətlə yetirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətəuyğun deyil.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən bildirib.

İdarədən qeyd edilib ki, nə dünən, nə də bu gün belə bir faktla bağlı polis orqanlarına məlumat daxil olmayıb.

Qeyd edək ki, sosial şəbəkədə 8-ci sinif şagirdinin hamilə qaldığı, buna görə də atasının sifarişi ilə əmisi tərəfindən başı kəsildiyi məlumatı yayılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.