Azərbaycanda : ata oğlunu bıçaqladı

12-11-2019, 08:43           
Azərbaycanda : ata oğlunu bıçaqladı
Hadisəni törədən şəxs saxlanılıb.

DİN Bərdə Regional qrupundan verilən məlumata görə, oğlunu bıçaqlayan 1968-ci il təvəllüdlü Müşfiq İsmayılov Zərdab Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.


saat: 17:16

Zərdabda ata oğlunu bıçaqlayıb.

APA -nın yerli bürosunun xəbərinə görə, hadisə rayon mərkəzində qeydə alınıb. Rayon sakini, 1968-ci il təvəllüdlü Müşfiq Məsim oğlu İsmayılov ailədaxili münaqişə zəminində oğlu, 1995-ci il təvəllüdlü Rüfət Müşfiq oğlu İsmayılovu bıçaqlayıb. Zərərçəkən əvvəlcə Zərdab Rayon Mərkəzi Xəstəxanasına, oradan da Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru