İsrailin Qəzzanı bombalaması nəticəsində 10 fələstinli ölüb

13-11-2019, 04:49           
İsrailin Qəzzanı bombalaması nəticəsində 10 fələstinli ölüb
İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı on nəfərə çatıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə yerli Səhiyyə Nazirliyinin sözçüsü Vafaa Yagi məlumat yayıb.

Bundan əvvəl yeddi nəfərin öldüyü, 45 nəfərin yaralandığı bildirilirdi.

“İsrailin təcavüzü nəticəsində səhər saatlarında fələstinlilər arasında 10 nəfər ölüb, 45 nəfər yaralanıb”, - nazirlik nümayəndəsi belə deyib.

Fələstin anklavının sərhədlərində son aylardakı ən böyük gərginlik İsrail Hərbi Hava Qüvvələrinin Qəzzadakı “İslam Cihadı” qruplaşmasının komandiri, İsrail vətəndaşlarına və hərbi qüvvələrə qarşı yüzlərlə terror hücumlarına görə məsuliyyət daşıyan Bahi Əbu-Atanı məhv etməsindən sonra baş verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.