Bakıda 43 yaşlı kişi məscidin qarşısında döyüldü

15-11-2019, 08:48           
Bakıda 43 yaşlı kişi məscidin qarşısında döyüldü
Bakıda döyülmə hadisəsi olub.

"Report" xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən Xocahəsən Məscidinin qarşısında qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Yusifov Gəncəvi İsmət oğlu naməlum şəxs tərəfindən döyülüb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona hər iki təpə və gicgah nahiyələrinin əziyi, hematoması diaqnozu qoyulub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.