Məktəbli qız bədbəxt hadisənin qurbanı OLDU

15-12-2019, 11:04           
Məktəbli qız bədbəxt hadisənin qurbanı OLDU
Göyçay rayonunda yeniyetmə qız bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Teref.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Göyçay şəhərində qeydə alınıb.

Rayon sakini, 2005-ci il təvəllüdlü Məsumə Qasımova yaşadığı evin həyətində oynayarkən yıxılıb və başından travma alıb. M.Qasımova koma vəziyyətində Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, M.Qasımova Göyçay şəhər 5 saylı tam orta məktəbin 9-cu sinif şagirdi olub. Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.