Evdən 1 milyonluq qızıl apardılar...

5-08-2020, 11:43           
Evdən 1 milyonluq qızıl apardılar...
Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə avqustun 4-də rayon ərazisindəki mənzillərin birindən seyfi kəsməklə içərisində olan 1.000.000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin tanışı, Bakı şəhər sakini T.Rəhimli qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun qeyd edilən qızıl-zinət əşyalarını 75.000 ABŞ dollarına Göyçay rayon sakini Ə.Salmanova satması müəyyən edilib.

Davam etdirilən tədbirlərlə Ə.Salmanov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.