Altı məhbusun tunel qazaraq qaçdığı həbsxananın işçisi həbs edildi

29-09-2020, 07:26           
Altı məhbusun tunel qazaraq qaçdığı həbsxananın işçisi həbs edildi
Rusiyanın Dağıstan Respublikasında yerləşən 2 saylı cəzaçəkmə müəssisəsindən qaçan məhbuslara görə həbsxana əməkdaşlarından biri saxlanılıb.

REN TV xəbər verir ki, cəzaçəkmə müəssisəsinin əməkdaşı işinə səhlənkar yanaşdığı üçün ona cinayət işi açılıb.

Xatırladaq ki, altı dustaq qazdıqları tunel vasitəsi ilə saxlanıldıqları həbsxanadan qaçıblar.

Hüquq mühafizə orqanlarının apardığı araşdırma nəticəsində məlum olub ki, məhbuslar bir il əvvəldən qaçış üçün plan qurub və uzun tunel qazmağa müyəssər olublar.milletinsesi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru