ABŞ-da kişi arvadının sevgilisini öldürdü və qadın onun başını kəsdi

29-09-2020, 09:06           
ABŞ-da kişi arvadının sevgilisini öldürdü və qadın onun başını kəsdi
ABŞ-da kişi arvadının sevgilisini öldürüb.

Bununla bağlı “Fox News” telekanalı məlumat yayıb.

25 yaşlı Nyu-Qempşir ştatının sakininin cəsədi sentyabrın 22-də tapılıb. Cəsəd başsız olub. Onun qətlində şübhəli bilinən cütlük saxlanılıb.

30 yaşlı Armando Berron və onun arvadı 31 yaşlı Britani Berron əməllərini etiraf ediblər.

Qadının sözlərinə görə, 25 yaşlı gənci Armando güllələyərək öldürüb. O bildirib ki, daha sonra Armando onu sevgilisinin başını kəsməyə məcbur edib.

Britani deyib ki, əri onunla sevgilisi arasında olan münasibətlərdən xəbər tutduqdan sonra bu addımı atıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.