Xocalıda qətliam törədən “Arabo” batalyonunun komandiri Qarabağa GƏLİR

30-09-2020, 00:00           
Xocalıda qətliam törədən “Arabo” batalyonunun komandiri Qarabağa GƏLİR
Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində darmadağın etdiyi “Arabo” batalyonunun komandiri Manvel Yegiazaryan Qarabağda döyüşlərə qatılacaq.

Modern.az xəbər verir ki, Yegiazaryan Suriya və Livan əsilli muzdlu döyüşçülərlərdən ibarət şəxsi heyət toplayır.

Şəxsi heyət komplektləşdikdən sonra onun Qarabağa gəlməsi gözlənilir.

Xatırladaq ki, Qaradağlı və Xocalı soyqırımlarında aktiv iştirak edən “Arabo” batalyonunun əsas hissəsi 1992-ci il iyunun 29-da keçmiş Ağdərə rayonunun Həsənqaya kəndi yaxınlığında mühasirəyə alınaraq məhv edilmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.