Ev sahibi oğrunu tutdu

1-10-2015, 16:54           
Ev sahibi oğrunu tutdu
Bakıda ev yiyəsi onun evini qarət edən oğrunu tutub.

Tia.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 30-da paytaxtın Nizami rayonunda yaşayan İldrım Yaqubovun evindən oğurluğa cəhd göstərmiş Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Nemət Əzizov ev sahibi tərəfindən tutulub.

Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən N.Əzizovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Rəhimə Cavadovanın evindən 241 manat oğurlaması da müəyyən edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.