Odessada yanğın qurbanlarının sayı 12-yə çatdı

9-12-2019, 11:36           
Odessada yanğın qurbanlarının sayı 12-yə çatdı
Ukraynanın Odessa şəhərində kollecdə baş vermiş yanğın nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

Axar.az xəbər verir ki, bu məlumatı Ukrayna Fövqəladə Hallar Xidməti yayıb.

Bildirilir ki, dağıntıların altından daha iki nəfərin meyiti çıxarılıb.

Xəsarət alan 30 nəfərdən 9-nun müalicəsi xəstəxanalarda davam etdirilir.

Xatırladaq ki, yanğın 4 dekabrda baş verib. Polis yanğının qəsdən törədilməsi və ya elektrik avadanlığındakı nasazlıq səbəbindən baş vermə ehtimallarını araşdırır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.