Bill Gates koronavirus əleyhinə hazırlanan peyvəndin qüsurlarından danışdı

1-07-2020, 00:44           
Bill Gates koronavirus əleyhinə hazırlanan peyvəndin qüsurlarından danışdı
Texnologiya nəhəngi Microsoft şirkətinin qurucusu Bill Geyts CNN-də koronavirusa qarşı hazırlanan peyvənddəki qüsurlar haqqında danışdı.

Teref.Az ted.az-a istinadən bildirir ki, iş adamının sözlərinə görə, hazırda alimlər tərəfindən hazırlanan peyvəndin əsas məqsədi yalnız xəstəliyə yoluxan insanları sağaltmaq deyil, həm də infeksiyasının yayılmasının qarşısını almaqdır.

O bildirib ki, hazırlanan peyvəndlərin heç biri virusun yayılmasının qarşısını ideal şəkildə ala bilməz: "Peyvəndin koronavirusdan sağaldacağına zəmanət verilmir".

Eyni zamanda, o, bədənin xəstəliyə qarşı immun reaksiyasının effektivliyinin son dərəcə yüksək səviyyədə olduğunu qeyd edib. Geytsin fikrincə, insan orqanizmi tərəfindən hazırlanan immunitet koronavirusdan onu ən azı bir il qoruya bilər.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.