Quba RİH-nin bütün əməkdaşları karantindədir

14-07-2020, 12:19           
Quba RİH-nin bütün əməkdaşları karantindədir
Bir neçə gün əvvəl koronavirusa yoluxan Quba Rayon İcra Hakimiyyətinin başçısının humanitar məsələlər üzrə müavini Səidə Abbasovanın və ümumi şöbənin müdiri Neman Hüseynovun vəziyyəti normaldır, müalicələri davam edir.

Bunu Axar.az-a açıqlamasında Quba RİH-in İnformasiya təminatı və təhlili sektorunun müdiri Rəsul Bayramov deyib. O bildirib ki, hazırda İcra Hakimiyyətinin bütün əməkdaşları karantindədir:

“İyulun 10-da verilən testin nəticəsinə əsasən 2 əməkdaşımızda virus aşkarlanıb. Onlar xəstəxanada müalicələrini davam etdirirlər. Digər əməkdaşlarımız isə karantindədir. Hazırda yalnız informasiya sektorunun müdiri olaraq mən iş başındayam. Sabah isə növbəti test keçiriləcək”.

Qurum rəsmisi onu da vurğulayıb ki, rayonun icra başçısının səhhətində heç bir problem yoxdur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.