Kələkbazlıqla hacı olmaq istəyən 25 nəfər saxlanıldı

31-07-2020, 18:44           
Kələkbazlıqla hacı olmaq istəyən 25 nəfər saxlanıldı
Səudiyyə Ərəbistanı polisi və Həcc ziyarətinə nəzarət edən əsgərlər qanunsuz yolla hacı olmaq istəyən 25 nəfəri saxlayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı polisindən açıqlama verilib. Bildirilib ki, Həcc ziyarətini yerinə yetirmək üçün Məkkədə olan zəvvarlar səhər saatlarında Müzdəlifədən Mina dağına şeytan daşlamağa yollanıblar.

Koronavirusa qarşı alınmış tədbirlər çərçivəsində Minaya gələn hacı namizədlərinə dezinfeksiya edilmiş daşlar paylanılıb. Qaçaq yolla Ərəfat dağına çıxmaq istəyənlər isə polis və əsgərlər tərəfindən saxlanılıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin sözçüsü Talal Əl Şalhoub isə qaçaq yollardan Ərəfata çıxanlara icazə verilməyəcəyini bildirmişdi.

Qeyd edək ki, bu il ölkə daxilindən seçilən və əksəriyyəti xarici vətəndaşlar olan 1000 civarında zəvvarın ziyarətdə iştirakına icazə verilib. Hər il isə 25 minə yaxın zəvvar hacı adını qazanırdı.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.