Koronavirusun qarşısı bu üsulla alınacaq – Alimlərdən yeni kəşf

2-08-2020, 12:09           
Koronavirusun qarşısı bu üsulla alınacaq –
İspaniyada koronavirusa qarşı sprey hazırlanır. Alimlərin fikrincə, hazırlanan sprey ağız boşluğunda koronavirusun yayılmasının qarşısını ala biləcək.

Teref.az xəbər verir ki, bu barədə İspaniyanın Elmi Tədqiqatlar Ali Şurası məlumat yayıb.

“İnfeksiya ağız boşluğundan başlayır. Hazırlanan sprey isə virus hissəciklərinə nüfuz edə bilmədikləri maneə yaradacaq. Virusa yoluxma baş versə belə, sprey viral hissəcikləri zərərsizləşdirəcək.

Bu molekulların infeksiyaya təsir etdiyini təsdiqləyə bilsək, geniş spektrli antiviral əldə edə bilərik” – deyə, Ümumi Üzvi Kimya İnstitutunda işləyən alim Xulia Revuelta bildirib. (ölkə.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru