Aqil Abbasın ittihamına bir cümləlik CAVAB

7-08-2020, 16:00           
Aqil Abbasın ittihamına bir cümləlik CAVAB
Millət vəkili Aqil Abbas Səhiyyə Nazirliyini sərt tənqid edib. Deputat Parlamentdə çıxışı zamanı bildirib ki, ümumiyyətlə, Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur.
Parlament üzvü vurğulayıb ki, vaxtilə əlilliyi “VTEK”-lər verirdi. Sonra öz işçilərinə inanmadıqları üçün əlilliyin təyinatını Səhiyyə Nazirliyinə verdilər:
“Guya Səhiyyə Nazirliyi süddən çıxmış ağ qaşıqdır. Halbuki, Səhiyyə Nazirliyi öz işini görə bilmir. Ümumiyyətlə, Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur”.

Spiker Sahibə Qafarova isə bildirib ki, Səhiyyə Nazirliyinin olmaması ilə bağlı səslənən fikirlər əsassızdır:

“Pandemiyanın qarşısını almaq üçün Səhiyyə Nazirliyi, həkimlər əlindən gələni edir. Dövlət başçısı tərəfindən də, Milli Məclis tərəfindən də onlara təşəkkür edilib”.

Tibb elmləri doktoru, həkim-professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında ittihama yalnız bir cümlə ilə cavab vərəcəyini deyib:

“Azərbaycanda Səhiyyə Nazirliyi ancaq ona verilən səlahiyyətlər çərçivəsində hərəkət edir. Kim Səhiyyə Nazirliyinə səlahiyyət verib ki, o da nəsə eləsin?!”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.