Deputata ağır itki - Həyat yoldaşı vəfat etdi - FOTO

5-12-2022, 10:40           
Deputata ağır itki -
Deputat Jalə Əliyevaya ağır itki üz verib.

Medicina.az -ın məlumatına görə, deputatın həyat yoldaşı dünyasını dəyişib.
“Müjganımın atası, Kamranımın, İbrahimimin, Cavidanımın babası, həyatımın 35 ilinin ən yaxın sirdaşı, dostu, yoldaşı Yavuz Onku bu səhər itirdik...”- J.Əliyeva sosial şəbəkədəki şəxsi hesabında acısını belə paylaşıb.

Xanım deputatın həyat yoldaşı xaricdə vəfat edib.

“Bir az əvvəl qürbətdən aldığımız acı xəbərlə hamımız sarsıldıq... Həyat çox qısa, tale çox amansız... İllər boyu uzaq məsafələrdə yaşadıq... Həsrət heç bitmədi ki... Elə ötən həftə qızı, nəvələri, kürəkəni ilə, bütün qohumlarla, dostlarla Bakıda birlikdə idi... Sanki vida səfərinə çıxmışdı... Ötən 35 ilin onunla birlikdə ömrümüzə, hafizəmizə yazılan qısa anları, qırıq anıları geriyə qalan həyatımız boyu bizimlə birlikdə yaşayacaq, o bizi heç tərk etməyəcək! Nur içində yat, əziz, sevimli Yavuz!”, - deyə o qeyd edib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru