Stalinin imtina etdiyi, Hitlerin qətlə yetirdiyi sovet insanları... - ARAŞDIRMA

6-06-2020, 11:34           
Stalinin imtina etdiyi, Hitlerin qətlə yetirdiyi sovet insanları... - ARAŞDIRMA
Nəsiman Yaqublu,

Tarix elmləri doktoru, professor

Şübhəsiz ki, İkinci Dünya hərbi ilə bağlı çoxlu araşdırmalara, dərin və məzmunlu təhlillərə, birtərəfli faktlara əsaslanan, hadisəni bütün genişliyi və obyektivliyi ilə əhatə edən tədqiqatlara ehtiyac vardır.

İkinci Dünya hərbinin başlanmasında, müharibə təhlükəsinin yaradılmasında Sovet dövlətinin və Stalinin günahı olubmu?

Qeyd edək ki, Sovet dövləti mövcudluğunun ilk illərindən müharibə təhlükəsinin yaranmasında, onun Avropa və digər dünya dövlətlərinə yayılmasında maraqlı olmuşdur. İki sistem (kapitalist və sosialist) arasında gərginliyin artmasında SSRİ dövləti daima öz maraqlarından çıxış edərək dünyada müharibə

təhlükəsinin mövcudluğuna və qalmasına şərait yaratmışdır. Bu faktların təsdiqi yalnız qərb dövlətlərində son illərdə nəşr edilən kitablarda deyil, eləcə Leninin, Stalinin əsərlərində, çıxışlarında, Sov. İKP Mk-nın plenumlarının və qurultaylarının materiallarında rats gəlmək mümkündür.

1939-cu ilin 30 noyabrında müharibənin başlanmsı ilə bağlı isə Stalin “Pravda” qəzetində bir neçə “günahkarı” sadaladı: “İngiltərə və Fransa hazırkı müharibənin məsuliyyətini öz üzərinə götürərək Almaniyaya hücum etmişdir”.

1941-ci ilin mayın 5-də isə məzunlarla görüşdəki çıxışında Stalin daha bir günahkarın da adını çəkdi: Almaniya. Sovet Ordusunun tanınmış tarixçilərindən olan, general-leytenant P.A. Jilin sonralar yazırdı: “Müharibənin günahkarı yalnız alman imperialistləri deyildi, eləcə də bütün dünya idi”.

I Dünya müharibəsindən sonra Versal Sülh Müqaviləsinin şərtlərinə əsasən, Almaniya dövləti məğlub edilmiş və böyük təzminatlar qarşısında qalmışdı. Almaniya dövlətinə böyük sayda ordu saxlamaq qadağan edilmişdi. Belə şəraitdə Almaniya dövlətinə ilkin kömək edən Sovet höküməti – Stalin

oldu. Stalin öz ölkəsinin ərazisində alman zabitlərinin tanklarla, ağır artilleriya və döyüş təyyarələrində məşq etməsinə, hazırlıq kurslarına şərait yaratdı. Məhz Stalinin əmri ilə alman zabitlərinə tədris sinifləri, döyüş meydanları,a tıcılıq yerləri ayrıldı. Stalinin göstərişi ilə alman zabitləri dünyada ən nəhəng tank zavodlarına buraxıldı. Stalinin bu hərəkətləri sülh şərtlərinə uyğun gəlmirdi. Onun alman zabitlərinə, ordu mütəxəssislərinə belə şərait yaratması alman militarizminin güclənməsinə səbəb olurdu.

Sovet İttifaqı isə mövcudluğunun ilk illərindən müharibə təhlükəsi yaratmaqda idi. Əslində, Versal Sülh Müqaviləsinin şərtlərini kobudcasına pozan Sovet höküməti müstəqil dövlətlərin (Azərbaycanın, Gürcüstanın, Ukraynanın və b.) ərazilərini işğal etmiş, orada kommunist rejimi yaratmışdı.

Sovet İttifaqının yaradıcılarından olan V.İ. Lenin Stalindən də qabaq öz çıxışlarında yeni müharibələrə hazırlaşmağın vacibliyini bildirirdi: “Biz müharibənin bir sahəsini qurtardıq, ikinciyə hazırlaşmalıyıq”.V.İ. Lenin Sovet dövlətinin Hərbi kommunizm siyasətinə (NEP siyasəti) başlamasını

həm də bununla izah edirdi.

1941-ci ilin iyunun 22-də Brestdəki sərhəd körpüsündən Sovet İttifaqından Almaniyaya taxıl aparan qatar keçdikdən bir neçə dəqiqə sonra saat 3.30-da Almaniya qoşunları SSRİ üzərinə hücuma keçdi.

Stalinin hücumdan xəbərinin olmadığı doğru deyildi. Qeyd etdiyimiz kimi, əvvəla Stalin özü Almaniya üzərinə hücuma hazırlaşırdı, sadəcə Hitler onu qabaqladı. Müharibənin başlanğıcında və ona qədərki dövrdə Stalinin yol verdiyi səhvlər, şübhəsiz ki, sovet xalqına ağır itkilərlə başa gəldi. Həmin səhvləri qərb tədqiqatçıları ilə yanaşı sovet mənbələri də sonradan təsdiqlədi. Sov.İKP tarixində də bu nöqsanlar açıqlanırdı.

ABŞ-ın, İngiltərənin və Qərbi Almaniyanın tarixçiləri və generalları sübut edirlər ki, Sovet Ordusu böyük qanlar bahasına qalib gəldi və Stalin hərbi strategiyası ilə, çoxlu sayda insan itkiləri ilə Almaniyanı məğlub etdi. Amerikalı polkovnik, ABŞ-ın Moskvadakı sabiq hərbi attaşesi Q. Vermont yazırdı ki, sovet komandirləri olduqca tez-tez kütləyə üstünlük verirdilər.

Oktyabr Sosialist inqilabının 50 illiyi münasibəti ilə Sov.İKP MK-nın Sovet Odusunun daxili xidmət Nizamnaməsində yazılırdı ki, sovet əsgəri öz iradəsinin əksinə olaraq əsir düşə bilməz. Əgər əsir düşürsə, o, vətən xainidir.Beləliklə Stalin çoxlu sayda sovet insanından imtina edirdi.

Bəs maraqlı idi, əsir düşənlərin sayı nə qədər göstərilirdi? Arxiv materiallarından və tədqiqat əsərlərindən məlum olurdu ki, müharibə illərində (1941-1945-ci illərdə) əsgər paltarı geyinən 32 milyon nəfərin 5 milyon 734 min 528-i əsir düşmüşdü. (348) Qızıl Ordudan əsir düşənlər ən çox aşağıdakı bölgələrdə olmuşdu: Belostok-Minsk-1941-ci ilin avqustunda – 323 min; Uman-1941-ci ilin avqustunda – 103min; Smolensk-Roslavl, 1941-ci ilin avqustunda – 348 min; Qomel-1941-ci ilin avqustunda - 30 min; Demyansk - 1941-ci ilin sentyabrında - 35 min; Kiyev-1941- ci ilin sentyabrında 665 min; Luqa-Leninqrad-1941-ci ilin sentyabrında – 20 min; Melitopol - 1941-ci ilin oktyabrında - 100 min; Vyazma - 1941-ci ilin oktyabrında - 662 min; Kerç - 1941-ci ilin noyabrında - 100 min; İzyum-Xarkov-1942-ci ilin mayında - 107 min; Macarıstanda - 1945-ci ilin fevralında - 100 min. (348)

Müharibə illərində iki milyon yarım insanın itkin düşdüyü bildirilirdi. Onların müəyyən sayının Rusiyanın meşələrində və bataqlıqlarında itkin düşdüyünü qəbul etsək, onda bəs qalanları hardadır?

Alman statistikası təsdiqləyirdi ki, əsir düşənlərin 280 mini düşərgələrdə həlak oldu, 1 milyon 157 mini qaçmaq cəhdinə görə edam edildi, qalanları isə Almaniyanın şaxtalarında, zavodlarında ağır işlərdə məhv oldu. 1941-ci ilin noyabrından dekabrına qədərki dövrdə 400 min sovet əsiri həlak oldu. Müqayisə olaraq götürdükdə, beşillik müharibə dövründə Almaniyada olan 235 min 473

amerika və ingilis hərbi əsirindən 8 min 348 nəfəri həlak olmuşdu. Bizim əsirlərin belə çox sayda həlak olmasının səbəbi nə ıdi?

Qərb tədqiqatçıları sübut edirdilər ki, sovet əsirlərinin belə çox sayda həlak olmasının səbəbi faşizmdə deyil, Stalin sisteminin özündə idi. Əsirlərin çoxu acından həlak olurdu və onları xilas etmək mümkün idi. Lakin Stalin onları Vətən xainləri adlandırmış və Beynəlxalq Qırmızı Xaç vasitəsi ilə ərzaq göndərməkdən imtina etmişdi.

Həqiqətən də Sovet dövləti hərbi əsirlərin hüquqi statusunu müəyyənləşdirən Cenevrə Konvensiyasını imzalamamışdı.Stalinin fikrincə, konvensiyadakı bəzi müddəalar dünyada “ən azad olan ölkəsi”nin mənəvi-əxlaqi cəhətləri ilə uyğunlaşmırdı. Çünki, konvensiya zəhmətkeşlər kimi hərbi əsirlərin hüququna təminat vermirdi: aşağı əmək haqqı, istirahətgününün olmaması, iş gününün qeyri-müəyyənliyi, hərbi əsirlərin xəbərdarlığı, saxlanılması və s.

Əlbəttə ki, bu, Stalinin ictimai fikri çaşdırmağa yönəlmiş növbəti uydurmaları idi. Çünki, sovet əsir düşərgələrində hansı hüquqi normalardan danışmaq mümkün idi?

Qeyd edək ki, 1941-ci ilin avqustunda Hitler Qırmızı Xaça Hammerşdatda yerləşən sovet hərbi əsirləri düşərgəsinə getməyə icazə verdi. Yalnız bu. əlaqələrdən sonra Sovet hökumətinə öz əsgər və zabitləri üçün ərzaq göndərmək çağırışları ilə müraciət edildi. Lakin Moskva Cenevrə Konvensiyası normalarına əməl etməyə hazır olduğunu bildirsə də, ərzaq göndərməkdən imtina etdi. Qırmızı Xaç nümayəndələri Stalinin bu cavabını anlaya bilmədilər. Çünki, həmin vaxtda Stalinin 1941-ci ilin avqustun 16-da verdiyi 270 saylı əmrdən xəbərləri yox idi. Stalinin məlum 270 saylı əmrində yazılmışdı: “Əgər Qızıl Ordu hissəsi müqavimət təşkil etmək əvəzinə, əsir düşürsə, onu bütün yer və havadakı vasitələrlə məhv etmək lazımdır. Əsir düşmüş Qızıl Ordu əsgərlərinin ailəsi isə dövlət yardımlarından və köməyindən məhrum edilməlidir. Əsir düşən komandir və siyasi işçiləri fərari hesab etməli, andı pozmuş, vətəni satmış hesab olunan bu fərarilərin ailəsi həbs edilməlidir...”.

Müharibə illərində Stalinin haqsızlığı o həddə çatmışdı ki, hətta həlak olanları belə cinayətkar sayırdılar. General-leytenant Vladimir Kaçalov yanmış vəziyyətdə 12 gün tankın içində qalmışdı. General haqqında verilən əmrdə isə yazılmışdı: “Öz qərargahı ilə mühasirədə olarkən qorxaqlıq göstərib, alman faşistlərinə əsir düşmüşdür. Kaçalovun dəstəsi mühasirədən çıxmış, general özü isə

sir düşməyə, düşmənə fərarilik etməyə üstünlük vermişdir.”

1940-cı ilin iyunun 4-də Qızıl Orduda general rütbəsi bərpa olundu və 966 zabitə bu yüksək ad verildi. Müharibə illərində isə 50-dən çox general əsir düşdü. 1945-ci ilin aprel-mayında müttəfıq qoşunları tərəfindən azad olunub Sovet İttifaqına verilən Pavel Pondelin, Nikolay Kirillov kimi generallar sonradan güllələndilər. Sovet İttifaqında yaşayan yüz minlərlə uşaq və qoca məhz ata və

oğulları əsir düşdüyündən acından öldülər, sürgünə göndərildilər. Mənbələrdə göstərilirdi ki, sovet əsgərləri bir-birindən xahiş edirdilər ki, əgər həlak olsalar, sağ qalanlar onların necə öldürüldüyünü gördüklərini təsdiqləsinlər. Yalnız bu halda onların ailəsini incitmir, sakit buraxırdılar.

K. Simonov xatirələrində yazırdı ki, komandirlər əsgərlərə hətta istehkam qazıb güllədən qorunmağı qadağan edirdilər. Səbəbi də belə izah olunurdu ki, istehkam qazmaq əsgərin hücum ruhunu öldürür.

Qeyd edək ki, müharibədən sonra da NKVD işçiləri keçmiş hərbi əsirlər vəişğal edilmiş torpaqlardan Almaniyaya məcburi aparılmış gənclər və işğalərazilərində yaşamış sakinlər arasında da ciddi “təmizləmə” işləri apardılar.Bildiririk ki, belə insanların sayı 60 milyona yaxın idi. Bu adamların çoxu günahsızidi və sadəcə, acından ölməmək üçün faşistlərin yaratdığı müəssisələrdə işləməyəməcbur idilər.

Doğrudur, belə adamların çoxunu cəzalandırmayıb, ölkənin qərbvilayətlərindəki təsərrüfatların bərpasında işlətdilər.Lakin işğal altında qalmışərazilərin, əksər sakinlərin müəyyən hüquqları məhdudlaşdırıldı, müəyyən hissəsiisə həbs düşərgələrinə göndərildi. Belə cəzaya məruz qalmış insanların sayı 10-12 milyon idi. Bundan əlavə, İkinci Dünya müharibəsindən sonra ölkədə əsasən siyasi səbəblərlə bağlı həbslər dalğası başlandı.
moderator












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.