Sabahlar həmişə gözəl olacaq deyirlər. Axı bu gün dünənin sabahları deyilmi?: Viktor Hüqodan 21 heyrətamiz aforizm

24-07-2020, 02:48           
Sabahlar həmişə gözəl olacaq deyirlər. Axı bu gün dünənin sabahları deyilmi?: Viktor Hüqodan 21 heyrətamiz aforizm
Viktor Hüqonun məşhur 21 aforizmini təqdim edirik.

Qadını gözəl yaradan Tanrı, sevimli edən isə şeytandır.

Səni o qədər xəyal elədim ki, xəyala çevrildin.

Mənə yağışdan danışma, yağ...

Eşq ikinin bir olmağıdır.

Qadınlar bir çox şeyi bağışlayarlar, ancaq bağışladıqları şeyləri heç vaxt unutmazlar.

Böyük insanlar nadirən tənhalıqda üzə çıxır.

Eşq nədir? Küçədə çox kasıb bir gənclə tanış olmuşdum. Eşqə düşmüş gənclə. Papağı köhnəlmiş, paltosu cırılmış, ayaqqabısı yırtılmışdı. Ayaqqabısı su keçirirdi, könlü ulduzlu idi.

Gülmək üçün xoşbəxtliyi gözləməyin, bəlkə də gülə bilmədən ölərsiniz.

Hamı ölür, amma hamı yaşaya bilmir.

Biz qışqıraraq dünyaya gəlirik, inilti ilə ölürük. Yaşamaq üçün geriyə gülmək qalır.

Öyrəndikdən və sevdikdən sonra daha çox əzab çəkəcəksiniz.

Yaxşı qadınla yaxşı kişi birlikdə yaşaya bilmirlər. Çünki qadınlar pis kişilərə aşiq olub yaxşılarla dərdləşərlər.

Həyatdakı ən böyük xoşbəxtlik olduğun kimi sevilməkdir.

Öldükdən sonra yaşamaq istəyirsinizsə ya oxumağa dəyəcək şeylər yazın, ya da yazılmaya dəyər şeylər yaşayın.

Bir məktəb açın, bir həbsxananı azaltmış olarsınız.

İnsan sevgini izah edə bilirsə, deməli o heç kimi sevməyib.

Ölüm heç nədir, yaşamaq qorxuncdur.

Gülüş günəşdir, o insan üzündəki qarı əridir.

Bir sevgilisi olan qadın mələkdir, iki sevgilisi olan qadın canavardır, üç sevgilisi olan qadın isə həqiqi qadındır.

Sabahlar həmişə gözəl olacaq deyirlər. Axı bu gün dünənin sabahları deyilmi?

Heç kim itirdiklərini unuda biləcək qədər güclü deyil. (kulis.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.