Şəhriyar Təbrizdən haray eylədi, Şuşadan Xan qızı lay lay söylədi - Şəhid generalın anısına...

5-08-2020, 11:00           
Şəhriyar Təbrizdən haray eylədi,  Şuşadan Xan qızı lay lay söylədi - Şəhid generalın anısına...
Sən düştün düşəli bu can torpağa
Umudu qəlbində tutan ağladı
Ağılar yazıldı daşa, yarpağa
Gökyüzü inlədi vatan ağladı

Haqqınla haqqa da o gün qəsd oldu
Biri düşmən oldu biri dost oldu
Bütöv Azərbaycan o gün yas doldu
İllər yuxusuna yatan ağladı

Bir elin köksünə dağ oldu o an
Bölündü ürəklər can qopdu candan
Matəmə büründü can Azərbaycan
Köməksiz dəryada batan ağladı

Şəhriyar Təbrizdən haray eylədi
Şuşadan Xan qızı lay lay söylədi
Səttərxan inlədi Babək göynədi
Torpağa qanını qatan ağladı

Şah babam şanıyla kükrədi göylər
Didərgin yurdumda titrədi göylər
Ümidim gümanım sənədi göylər
Səsimə səs verən çatan ağladı

Şəhid generalı ağladı elim
Başına qaralar bağladı elim
Çağladı Xan Araz, Şah Köndələnim
Dərdini içinə atan ağladı...

General Polad Həşimov anısına...
Gulnar Ibadova
05.08.20шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.