Hər şeydən bir az: Makedoniyalı İsgəndərdən Yuli Sezara qədər...

4-06-2023, 00:09           
Hər şeydən bir az: Makedoniyalı İsgəndərdən Yuli Sezara qədər...
Sezar-Sezar bir xaraba şəhərdən keçərkən demişdir: «Mən Romada ikinci adam olmaqdansa, burada birinci adam olmağı istərdim.»
Məşhur Roma İmperatoru və dövlət xadimi Yuli Sezar Afrika sahillərinə çıxarkən ayağı büdrəmiş və yıxılmaq istəmədikdə özünü sındırmayaraq, gülünc vəziyyətdən çıxsın deyə: «Ah, Afrika, mən səni qucaqlayıram» — demişdir.
Makedoniyalı İsgəndər kimi məğlubiyyət nə olduğunu bilməyən Sezar, həm də onun kimi, bəlkə daha artıq səxavətli olmuşdur. Belə ki, yaxın dostlarından birinin xahişi ilə onun yanına göndərilən bir adama Sezar bütöv bir ölkə bağışlamışdı.
Yuli Sezar Makedoniyalı İsgəndərdən sonra dünyanın ikinci möcüzəsi sayılır. Təsadüfü deyildir ki, bütün səfər və yürüşlərində onun ayrılmaz «yoldaşlarından» biri də İsgəndərin kiçik mərmər büstü olmuşdur.
Sezar döyüşçülərinin onu tanrı qədər sevdiyini bilirdi. Ona görə də döyüşçülərin yürüş zamanı onun haqqında oxuduqları satirik, hətta ədəbsiz mahnıları da təbəssümlə qarşılayırdı.
Sahib Aslanov
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.