Yasmal DYP-sində 7-ci otaq möcüzəsi " ...7-ci otaqda probleminizi hell edin." FOTO

21-04-2019, 18:29           
Yasmal DYP-sində 7-ci otaq möcüzəsi "  ...7-ci otaqda probleminizi hell edin." FOTO
Teref.az yazır ki, Yasamal rayon DYP-sində 7-ci otaq adlanan qəribə bir yer var.Orada bütün cəriməsi olan və olmayan sürücülərin problemləri həll olunur. Bunu mən demirəm.Bunu jurnalist Ruslan Rəhimov deyir. Ruslan bəy feysbuk profilində Yasamal DYP-sində baş verən özbaşınalığı belə təsvir edib:
Bu gün Dövlet Yol Patrul Xidmetinin emekdaşlarıyla maraqlı hadise yaşadım. Tbilisi prospektinden üzü aşağı gelirdim. Baxdım ki yol boyu çox sayıda DYP maşını var ve avtomobilleri saxlayırlar. Biraz sonra meni de dayandırdılar. Yaxınlaşan serjant dedi bes ona radsiya ile bildirilib ki menim çox sayıda qerarlı ve ödenmemiş cerimem var ve avtomobil cerime dayanacağına aparılmalıdır. Dedi amma biz sizin avtomobili meydançaya aparmayaq yaxınlaşın Yasamal Yol Polis İdaresinde, 7-ci otaqda probleminizi hell edin. Men de Allah terefi notebookumu götürmüşdüm. Dedim gözleyin.Açdım Asanpay-i gördüm 1-ce eded de qerarlı cerime yoxdur. Bunu DYP emekdaşına gösterdim, baxdı ve dedi ki siz yene de yaxınlaşın Yasamal DYP-ye. Dedim men jurnalistem, senedlerimi verin gedim işime gücüme. Polis işçisi senedleri qaytardı ve dedi ki yaxşı yol. Bu adamların meqsedi ne idi göresen? Cerimem olmaya olmaya niye meni hansısa polis idaresine hansısa otağa göndermek isteyirdiler? ))
Bizdə Teref.az olaraq DYP-nə sual ünvanlayırıq sürücünün cəriməsi olmaya olmaya onu Yasamal DYP-sinin 7 -ci otağına niyə yollayırlar? 7 otaqda kim oturur, hansı səhaiyyətə malikdir ki, ücdantutma sürücüləri pnun yanına göndərirlər və o orda bu sürücülərlənə edir? Gülməli və ağlamalı çıxdı deyilımi? Anacaq oxuyanlar üçün, Yasamal DYP-sində 7 otağın qarşısında yığışanlar üçün isə gülməli bir şey yoxdur, sadəcə əsəbləşməli və hiddətlənməli bir nəsnə var.
Teref.az olaraq adları çəkil\ən qurumların mövqeyini gözləyirik!













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.