Kəmaləddin Heydərovun başı dərddə - "BOSNİYA JALƏSİ" NİYƏ QICQIRIR? - VİDEO/FOTO

18-11-2019, 01:01           
Kəmaləddin Heydərovun başı dərddə -  "BOSNİYA JALƏSİ" NİYƏ QICQIRIR? - VİDEO/FOTO
Teref.az yazır ki, araşdırmaçı jurnalist Cavanşir Həsənlinin verdiyi xəbərə görə, Kəmaləddin Heydərovun Bosniyada qurduğu biznesindən axsamalar müşahidə olunur. Müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənbli yazır:
Kəmaləddin Heydərovun başı dərddədir. Fövqəladə hallar nazirinin biznesində ciddi axsamalar yaranıb və Heydərov Bosniyadakı 30 milyon avroluq şirə zavodunu heç cür başa gətirə bilmir. 2014-cü ildə təməli atılan və 2017-ci ildə istifadəyə verilməli olan fabrikin tikintisi nəzərdə tutulan tarixdən daha iki il keçməsinə baxmayaraq, hələ də yekunlaşmayıb.
Heydərova məxsus "Benkons" şirkəti Bosniya hökumətindən və Doboj şəhər bələdiyyəsindən fabrikin tikintisinin başa çatdırılması üçün daha 2 il vaxt istəyib. Heydərovun layihəsinin gecikməsi Bosniya hökumətində də narahatlıqlar doğurub və izahat tələb olunub. Heydərovun şirkəti yubanmanln səbəbini "AZƏRBAYCAN İQTİSADİYYATINDAKI GERİLƏMƏLƏR VƏ NEFTİN QİYMƏTİNİN DÜŞMƏSİ" ilə əlaqələndirib. Bunu Doboj bələdiyyə məclisinin rəhbəri Vojislav Raja da Bosniya mətbuatına açıqlamasında təsdiq edib. Hətta əlavə edib ki, şirkət texnika və dəzgahların idxalına görə ƏDV-nin ödənilməsinin də iki il təxirə salınması üçün Bosniya hökumətinə müraciət ddub, lakin rədd cavabı alıb.

Teref.az olaraq qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq!
Teref.az




шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.