Xaçmazda artıq bələdiyyə sədrlərinin kimliyi məlum oldu - İDDİA

10-12-2019, 12:04           
Xaçmazda artıq bələdiyyə sədrlərinin kimliyi məlum oldu - İDDİA
Bildiyimiz kimi bu ilin dekabr ayının 23-də ölkədə bələdiyyə seçkiləri keçiriləcək.

KONKRET.az-a daxil olan ilginc xəbərdə bildirilir ki, artıq Xaçmaz rayonunda seçkilərin nəticələri indidən bəlli olub. Belə ki, mənbə iddia edir ki, sabiq icra başçısı əvvəlcədən bəzi şəxslərlə seçkinin nəticələrini “müəyyənləşdirib.”

Sonradan qəflətən işdən çıxarılması barədə sərəncam imzalandığından, bəzi namizədlərlə kiçik mübahisələr yaşayan Şəmsəddin Xanbabayev problemi yoluna qoymağı bacarıb.

Hətta mənbə onu da iddia edir ki, işdən azad olunacağını gözləməyən sabiq icra başçısı yenə də seçkilərin onun nəzarətində olduğunu bildirib. Mənbənin təqdim etdiyi siyahıya görə siyahıya görə, bu dəfə 56-saylı Xaçmaz kənd seçki dairəsindən bələdiyyə seçkilərində qaliblər bu adamlar elan olunacaq:

Xudat bələdiyyəsi: Allahyarov Elman Ağa oğlu,

Çaykənarı bələdiyyəsi: Əzimov Namik Xalıq oğlu,

Bostançı bələdiyyəsi: Abuzərov Nəsib Ağalar oğlu,

Əhmədoba bələdiyyəsi: Cəbrayılov Vüqar Aslan oğlu,

Gödəkli kənd bələdiyyəsi: Qocayev Eyvaz Soltan oğlu,

Həsənqala kənd bələdiyyəsi: Hacıyev Akif Əzizulla oğlu,

İlxıçı Həsən Əfəndi bələdiyyəsi: Quliyev Gülaməddin İsgəndər oğlu,

Köhnə Xudat kənd bələdiyyəsi: Zəkiyeva Rəna Yusif qızı,

Ləcət kənd bələdiyyəsi: Xanmətov Amid Nazir oğlu,

İstisu kənd bələdiyyəsi: Əzimov Cəfər Əli oğlu,

Mürşüdoba kənd bələdiyyəsi: Əmrullayev Mahir Abdulla oğlu,

Nabran bələdiyyəsi: Qədimov Qüdrət Murtuz oğlu,

Nərəcan kənd bələdiyyəsi: Ələsgərov Sadiq Sərdar oğlu,

Niyazoba kənd bələdiyyəsi: Əhmədov Gülağa Əzizağa oğlu,

Palçıqoba kənd bələdiyyəsi: Aslanov Müseyib Aslan oğlu,

Pirquluoba kənd bələdiyyəsi: Nurəhmədov Fətulla Hümmət oğlu,

Qımılqışlaq kənd bələdiyyəsi: Mustafayev Ceyhun Rizvan oğlu,

Qusarçay kənd bələdiyyəsi: Alışov Sadiq Həmid oğlu,

Seyidli kənd yeri bələdiyyəsi: Məcidov Aslan Cümşüd oğlu,

Susayqışlaq kənd bələdiyyəsi: Mustafayeva Mehriban Zülfüqar qızı,

Uzun oba kənd bələdiyyəsi:Hacıyev Əhmədxan Ağababa oğlu,

Yalama kənd bələdiyyəsi: İsgəndərov Nəbi Piriməli oğlu,

Yeni Həyat kənd bələdiyyəsi: Naymanov Abdulla Mahmud oğlu,

Qarşı tərəflə əlaqə qurmaq mümkün olmasa da, onların da mövqeyini dərc etməyə hazırıq.



Cəmil MƏMMƏDLİ












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.