Fövqaladə və səlahiyyətli səfiri Tahir Tağızadənində xanımının biznesi tapıldı - FOTOFAKT

5-06-2020, 12:43           
Fövqaladə və səlahiyyətli səfiri Tahir Tağızadənində xanımının biznesi tapıldı - FOTOFAKT
Teref.az yazır ki, müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli yeni araşdırması ilə sosial şəbəkədə çıxış edib. Cavanşir Həsənli Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqaladə və səlahiyyətli səfiri Tahir Tağızadənin xanımının biznes fəaliyyəti barədə araşdırma apararaq yazır:
Bəlli deyil, Çexiyanın və İngiltərənin havasındandır, nədəndir, oralara gedən şirkət açır. Azərbaycanın vaxtilə Çexiyadakı, 2014-cü ildən isə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqaladə və səlahiyyətli səfiri Tahir Tağızadə cənabları da iki il əvvəl Londonda xanımı Ülviyyə Tağızadənin adına ULVI PR&EVENTS LTD şirkətini təsis edib. 2018-ci il iyunun 5-də qeydiyyatdan keçirilmiş şirkətin adı bir ay sonra dəyişdirilərək UX PR & EVENTS LTD adlandırılır. Şirkətin hüquqi ünvanı öncə Tağızadələrin London, Porchester Terrace 53-də kirayə etdikləri 9 otaqlı evdə, daha sonra Fulham Road 352-də yerləşib.

Daha sonra Cavanşir bəy yazır ki:
İndi səfir çıxıb izahat verəcək ki, bu lobbiçilik şirkətidir, ictimai əlaqələr və kommunikasiya fəaliyyətilə məşğuldur və s. Amma fərq eləmir, bu kommersiya təşkilatı tipidir, biznes fəaliyyətinə aid olunur və vergi öhdəlikləri yaradır.

Ülviyyə Tağızadə onsuz da İngiltərədə ictimai fəaliyyətlə məşğuldur və Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycanlı Qadınlar Assosiasiyasının rəhbəridir və vaxtaşırı xarici şirkətlərin maliyyə dəstəyilə layihələr həyata keçirir.
Hələ ötən il fevralın əvvəlində Azərbaycanın Çexiyadakı o vaxtkı səfiri Fərid Şəfiyevin də xanımı Ülkər Şəfiyevanın adına şirkət açması barədə sənədlər yayılandan 17 gün sonra o, geri çağırılmışdı.
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqandırmağa hazırıq!
Teref.az





















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.