Astarada tam dərəbəylikdir... - NARAZILIQ...

10-07-2020, 10:18           
 Astarada tam dərəbəylikdir... - NARAZILIQ...
Qəzənfər Ağayevin uzun illərdir rəhbərlik etdiyi Astara rayonundan şikayətlər durmadan artır. Qeyd edək ki, özü barəsində toxunulmaz imici formalaşdıran Qəzənfər Ağayev hətta sakinlərdə belə bir qənaət də formalaşdırıb ki, ondan hara şikayət etsələr də, xeyri yoxdur.

Elə DİA.AZ-a göndərilən son şikayətdə də sakinlər başçının zülmündən giley edir, dəfələrlə dərdlərini Qəzənfər Ağayevə çatdırmaq istəsələr də, bunun mümkünsüz olduğunu bildirirlər.

Sakinlər dia.az-a yazır: "Astara rayonunda heyvanlar üçün ayrılan örüş yerlərini məmurlar öz adlarına sənədləşdirib, zəbt ediblər. Rayonun Şahağacı kəndində bir metr torpaq sahəsi yoxdur ki, heyvanlar otlasınlar. Kəndli bilmir nə etsin".

Sakinlər daha sonra dia.az-a bildirir: "Hətta kənd qəbirstanlıq üçün islahat zamanı ayrılmış torpaq sahəsini bələdiyyə tərəfindən satılıb. Bu rüşvətxor məmurların kimin əlinə nə keçirsə satır".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.