Karantin pulları Londona gedir- “Bakı Metropoliteni” rəisi Zaur Hüseynovun oğlu keçən ay İngiltərədə böyük həcmdə yeni investisiya müqaviləsi imzalayıb. FOTOFAKT

1-08-2020, 15:48           
Karantin pulları Londona gedir-
Teref.az-ın verdiyi xəbərə görə müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli Bakı metropoliteninə dövlət tərəfindən dəstək olaraq ayrılan 2 mln. 600 min manat pul yardımının Bakı Metropoliteni-nin rəisi Zaur Hüseynovun oğlu İngiltərədə yaşayan 28 yaşlı Həbib Hüseynzadəyə biznes planlarını həyata keçirdmək üçün çatdığını iddia edir. Cavanşir Həsənli yazır:

Maliyyə nazirliyinin açıqlamasına görə, pandemiyadan ziyan çəkən dövlət şirkətlərinə maliyyə dəstəyi çərçivəsində “Bakı Metropoliteni”nə 2 mln. 600 min manat ilkin maliyyə dəstəyi göstərilib.
Metro işləmir, bəs pullar hara gedir?
Aşağıdakı sənədlər bu sualın cavabıdır.
“Bakı Metropoliteni”nin rəisi Zaur Hüseynovun Londonda yaşayan 28 yaşlı oğlu Həbib Hüseynzadə ötən ay İngiltərədə böyük həcmdə yeni investisiya müqaviləsi imzalayıb.



İyunun 29-da bununla bağlı razılaşma əldə olunub, iyulun 21-də müqavilənin tələblərinə uyğun olaraq ödəmə Britaniyanın Barclay's Bank UK PLC bankı vasitəsilə icra olunub.



41 səhifəlik müqavilənin şərtləri əsasında vəsaitin həcmi və hansı məqsədlə köçürülməsinin detalları məxfi saxlanılır.

Metropoliten rəisinin oğlu tikinti və daşınmaz əmlak biznesi ilə məşğul olur, indiyədək Callington yaxınlığında Downgate-də böyük ərazini satın alaraq, çoxsaylı evlər tikib, satışa çıxarıb.
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandrmağa hazırıq!
Teref.az



шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.