"Məktəbimizi korrupsioner qadından xilas edin" - Təhsil nazirinə müraciət

14-08-2020, 19:02           
"Məktəbimizi korrupsioner qadından xilas edin" - Təhsil nazirinə müraciət
Abşeron rayon Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin informatika müəllimi Rəsmiyyə İmanlı Təhsil naziri Emin Əmrullayevə açıq məktub ünvanlayıb.

Məktubda bildirlir ki, Ruhiyyə Tağıyeva Abşeron rayon Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbinə cari ilin fevral ayında direktor təyin edilib.

Ancaq Təhsil şöbəsi tərəfindən təqiblərə məruz qaldığına görə səlahiyyətlərini icra edə bilmir.


"Əvəzinə qeyri-qanuni olaraq Çinarə Atayeva direktorun "səlahiyyətlərini icra edir". Hansı ki, direktorun buna razılığı olmalıdır, amma bu razılıq da alınmayıb. İnsan haqları pozulur. Təhsilimizi bu bürokratiyadan Siz qurtara bilərsiniz. Ümidlərimizi doğruldun, cənab nazir!", - deyə Rəsmiyyə İmanı müraciətində qeyd edib.


R.İmanlı onu da vurğulayıb ki, "səlahiyyətləri icra edir" dedikdə, əslində Çinarə Atayevanın özünə məxsus olmayan vəzifədən sui-istifadə edərək korrupsiya ilə məşğul olduğunu nəzərdə tutub. (Bakupost)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru