Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yəni Baktelecoma bir carə tapilmiyacaq???? İTTİHAM

15-08-2020, 00:09           
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yəni Baktelecoma bir carə tapilmiyacaq???? İTTİHAM
Teref.az xəbər verir ki, sosial şəbəkə istifadəçisi Natavan Hacılı (Натаван Гаджилы) ardı arası kəsilməyən Baktelekom şikayətçilərindən biridir. Natavan Hacılıda yüzlərlə şikayətçi sələfləri kimi Baktelekomdan şikayət edərək, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edir.
Natavan xanım yazır:

012566**** abonent H**** L**** Kamil qızı.
Şikayətim Baktelecom internet provayderindən və 566 nömrəli ATS dəndir.
Dəfələrlə 155 xidmətinə müraciət olunub, şikayət qəbul edib ATS-ə yönəldirlər, hansı ki, ATS tərəfindən hansısa bir problem yoxdur, əməkdaş yaxınlaşır bütün parametrləri yoxlayır və sübut edir ki, çətinlik provayderdən qaynaqlanır. Pandemiya müddətində evdən işləməyə məcburuq ancaq Baktelecomun qoyduğu məhdudiyyətə görə mən iş yerimin VPN şəbəkəsinə qoşula bilmirəm, Mobil İnternet paketi ilə isə rahatlıqla qoşulmaq mümkün olur. Dəfələrlə edilən şikayətlərdən sonra düzəliş olunur ancaq oda müvəqqəti bir müddət sonra yenidən eyni hal təkrarlanır. Mənə maraqlı olan odurki hansı əsasla və hansı qanunla onlar mənim VPN çıxışımı blok edirlər. Ödənişin vaxtına 5 gün qalmış xəbərdarlıq etməyi bilirlər ancaq xidmətə gələndə 0 dan da aşağı. Baktelecom yönəldir ATS-ə, ATS isə Bakinternetə müştəri isə qalır bu səriştəsiz iki qurumun arasında, üst qurum siz olduğunuz üçün sizə müraciət edirik ancaq belə baxırıq ki, siz də Bakinternetlə bacara bilmirsiz, sizə şikayətdən sonra əməkdaşınız zəng edib, bildiyimiz məlumatları bizə təkrar edir və yenədə ortada bizə müştəriyə ayda xidmət haqqı ödəyən insana bir xeyri olmur. Baktelecom monopoliyanı yaradıb və digər provayderlərdən heç biri daxil ola bilmir ATS-ə.155 xidmətində çalışan operatorlar mənimlə çox kobud danışaraq telefonu üzümə bağladılar buna haqları olmasada etdilər, bu azmış kimi rəsmi səhifələrinə şikayət yazdıqdan sonra, profilimidə həmçinin blok etdilər. Dəfələrlə bildirdim ki, hansısa bir səlahiyyətli şəxs mənimlə əlaqə yaratsın problemimi ona deyim. Biz edə bilmərik deyib, telefonu üzümə bağladılar. Siz ümumən bu qurumların işinə nəzarət edirsinizmi? Düşünürəm ki, etmirsiniz əgər etsəydiniz bu qurum bu qədər öz başınalıq edə bilməzdi.Dəfələrlə olan şikayətimdən sonra 012 5664599 qeyd olunan nömrə ilə(böyük ehtimalla ATS-dəndir, ümumiyyətlə ATS işçilərinin çoxunda danışıq qabiliyyəti yoxdur) bir xanım əlaqə saxlayıb, kobudcasına, üstümə qışqıra qışqıra danışaraq məni borclu çıxarmağa çalışır.
Ümumiləşdirsək, kimə müraciət edirik yönəldir ora-bura. Bizdə qalırıq ortalıqda. İndi günahkar kimdir, kim üstünə düşəni eləmir bunu araşdırmaq üst qurum olaraq sizin borcunuzdur.
Və xahiş edirəm, əməkdaşınız zəng edib Modemi söndürün arada, və sairə bu tipli cümlələr deyib insanın səbrini sınamasın. Əgər bacarmırsınızsa qeyd edin Biz Nazirlik olaraq Baktelecomla bacarmırıq, siz özünüz həll edin o zaman, biz ona uyğun hərəkət edək. Ümid edirəm qısa zamanda geri dönüş edərsiniz.
Təşəkkür edirəm.

Bu məktubla mən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mürəciət etmişəm. Baktelecoma bir carə tapilmiyacaq????
Натаван Гаджилы
Teref.az olaraq bizdə Natavan xanımın və minlərlə başqa şikayətçilərə qoşularaq Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mürəciət edirik!!
Baktelecoma bir carə tapilmiyacaq????
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.