Bir qrup Qarabağ əlili və şəhid ailəsi dövlət başçısına müraciət etdi: "Cənab Prezident, Nərimanov rayonunda əlil və şəhid ailələrinə tikilən ev zəbt edilib"

15-08-2020, 05:25           
Bir qrup Qarabağ əlili və şəhid ailəsi dövlət başçısına müraciət etdi:
Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə
1-ci vitse-prezident, xanım Mehriban Əliyevaya
Surəti :
Heydər Əliyev fondunun vitse-prezidenti, İDEA İB-nin sədri, xanım Leyla Əliyevaya
Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə
Baş nazir Əli Əsədova
MM-in sədri Sahibə xanım Qafarovaya
MM Aparatının rəhbəri, korrupsiyaya qarşı mübarizə komissiyasının üzvü Səfa Mirzəyevə
Ombudsman Səbinə xanım Əliyevaya
Baş prokuror Kamran Əliyevə
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova
DTX rəisi Əli Nağıyevə və digər bağlantılı qurumlara
Kütləvi İnformasiya Vasitələrinə
Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 1967-ci məhəllə, “Əlillər evi”ndə yaşayan Qarabağ əlilləri və şəhid ailələrindən evlərinin zəbt olunmasına, kanalizasiyasının, heyətinin, uşaq meydançasının belə olmamasına hüquqi qiymət verilməməsindən və evi zəbt edənlərin evə girişinə qadağa qoymalarından
ŞİKAYƏT
Cənab Prezident!
Hörmətli 1-ci vitse-prezident!
Dövlətin , onun başçısının diqqət və qayğısının sonucu olaraq bizə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 1967-ci məhəllədə 200 4-cü ildə tikilməyə başlayan evin yerini hələ tikilməmişdən sifarişçi ƏƏSMN rəhbərliyi ilə “razılaşdıraraq” məmur-oliqarxlar zəbt edib. Öncə Təbriz küçəsi yönündə ayrılan sahə indiki “Life center”in yiyəsinə “peşkəş” edilib, hazırkı yaşadığımız kompleks 36 sotda Əhməd Rəcəbli küçəsinin düz qırağında nəzərdə tutulsa da, bu sahədə zəbt olunub və yerində “Araz-Plast” şirkətinin kommersiya obyekti tikilib. Bu şirkətin yiyəsi Elman Muradov olmayan həyətimizi də zəbt edib və əlavə tikili inşa edib, iri yük maşınları ilə həyəti dayanacağa çevirib. 36 sotluq yaşayış kompleksindən əlil və şəhid ailələrinə cəmi 8 sotluq 3 bloklu, dördqatlı 36 mənzilli yaşayış binası qalıb ki, bu binanın da nə kanalizasiyası var, nə pandüsü, həyəti, istirahət guşəsi, yaşıllığı var, nə də şəhərsalma və tikinti normalarına uyğundur. Belə ki, mənzillərdə daxili divarların hündürlüyü ən azı 2.70 metr olmalı olduğu halda, 2.50 metrdir. Bina dörd yandan məmur villaları və kommersiya obyektləri ilə hasarlandığından, kanalizasiyası olmadığından nəinki nəfəs almaq olur, fövqəladə hallarda təcili yardım maşınlarının girişinə də qadağa qoyulub. Bu binanın 5 il müddətinə tikilib 2009-cu ildə istismara qəbul edilməsi də ƏƏSMN rəhbərliyi ilə əlaqədar qurumların qanunsuz sövdələşməsinin nəticəsində baş verib.
Bir sözlə, burada yaşamaq mümkün deyil. Üstəlik binanı zəbt edən “Araz-Plast” şirkətinin rəhbəri Elman Muradov son günlərdə əlil və şəhid ailələrinə qarşı təxribat törədir, iri yük maşınları ilə olmayan həyəti dayanacağa çevirib və bizim evimizə girişimizə imkan vermir. Bu başabəla iş adamı anlamır ki, əlil və şəhid ailələrinə qarşı xuliqanlıq etməklə, onların maşınlarını əzməklə, əmlaklarını, evlərini qazanc yerinə çevirməklə məsuliyyət daşıyır . Bu şəxsin adı “MTN işi”ndə ermənilərlə iş birliyində hallanıb. 3-4 il qabağın mətbuat səhifələrində bu barədə məhkəmə prosesinə əsasən yazılar dərc olunub. Təqsirləndirilən MTN zabitləri Zaur Məmmədov, Füzuli Əliyev ifadələrində Elman Muradovun ermənilərlə iş birliyində olduğunu bildiriblər. Bu şəxs ermənilərlə iş birliyində olmasını erməni pulunun Azərbaycana gətirilməsi ilə izah edib. Bunun şəhid və əlillərə heç bir isti-soyuğu yoxdur. Kimlə işləyir, kimin pulu ilə varlanır, özü bilər, bizim yaşayışımızı pozmasın! Bunun qudurğanlığından binada hər gün bir insident yaşanır. Müharibə əlilləri və şəhid ailələrinin üzvləri daim gərginlikdədirlər . Nərimanov RİH -dən heç bir narazılığımız yoxdur, hüquqlarımız peşəkarlıqla yüksək səviyyədə qorunur. Karantin rejimində evdə qalanda da icra hakimiyyəti bizim ailələrin hər birini sovqatla təmin etdi. Biz evimizi zəbt edənlərin həyatımıza da təhlükə yaratmasından şikayətçiyik. Şikayətimizə nə Ombudsman, nə prokurorluq, nə polis, nə də İqtisadiyyat Nazirliyi qanuna uyğun cavab verir. Ombudsman Aparatı elə cavab yazıb ki, guya biz insan deyilik, insan hüquqları üzrə müvəkkil buna baxa bilməz, məhkəməyə müraciət edək. Bakı polisi yazıb ki, 17-ci polis bölməsi cavab verib. İqtisadiyyat Nazirliyinin Torpaq Agentliyi yazıb ki, əlavə tikili 2012-ci ildə tikilib. DTX -nın Nərimanov rayon şöbəsindən telefonla dəvət edib bildiriblər ki, burada dövlət təhlükəsizliyinə təhlükə yoxdur. BŞİH Nərimanov RİH-ə ünvanlayıb. Bu qanunsuz cavabların hamısını əlavə edib, dövlət sifarişi ilə əlil və şəhid ailələrinə tikilən evin zəbt edilməsinə, yerində kommersiya obyekti və villalar tikilməsinə görə tədbir görülməsini təmin etməyinizi xahiş edirik.
Sizdən özbaşınalığa son qoymağınızı və evimizi zəbt edib, özümüzü də evimizə buraxmayan Elman Muradovun qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsini təmin etməyinizi xahiş edirik.
Qarabağ əlilləri və şəhid ailələrinin yaşadığı binanın sakinləri
Paşayev Nəsimi Mahmud oğlu 20 Yanvar şəhidi ailəsi (3 nəfər)-mənzil 27
Əliyeva Gülümxanım İman qızı (5 nəfər)-m.26
Məmmədov Rövşən, Qarabağ əlili (5 nəfər)
Hüseynov Əlövsət , Qarabağ əlili (4 nəfər)
Qocayeva Məhəbbət, şəhid ailəsi (4nəfər) və başqaları, bütün bina sakinləri
Əlaqə nömrəsi :0774076932













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.