MDoutlet mağazalar şəbəkəsində yalançı reklamlarla müştəriləri aldadırlar- İTTİHAM

15-08-2020, 12:18           
MDoutlet mağazalar şəbəkəsində yalançı reklamlarla müştəriləri aldadırlar- İTTİHAM
Teref.az yazır ki, sosial şəbəkə istifadəçisi Natig Huseyinov mağaza sahiblərinin yalançı reklamlarla müştərilərin başlarını aldatmalarından şikayətçidir.
Natiq Hüseynov yazır:

Bu gün MDoutlet mağazalar şəbəkəsindən reklam gözümə deydi ki, Babək filialında maya dəyərindən aşağı olan trussardi markasi diqqətimi cəlb etdi. Vitrində qiyməti 39 azn idi, satıcını çağırdım ki, bu köynəyi almaq istəyirəm. Kassaya yaxınlaşdım 107 manat dedi.
Şikayətçi Natiq Hüseynov daha sonra mağazada başına gələnləri belə nəql edir:
Dedim qardaş, axı bu vitrində 39 azn idi! Dedi o qiymət buna aid deyil. Başqasını götürdüm, dedi buna aid deyil, bir başqasını dedi üzürlü sayın buna da aid deyil!
Dedim axı bütün mallara 50% hetta maya dəyərindən də aşağı yazmışdınız? Dedi onu sef yazıblar.
Bax belə belə marketinqin anasını ağladan işlərçiləri var ! Kəsilməli başımız idi kəsildi sunnətimiz !!!
Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru