"Məsləhətim budur "Günay sığorta" adı eşitdiz qacın" - "Günay sığorta" müştəriunin başına oyun açdı..

25-09-2020, 06:24           
"Məsləhətim budur "Günay sığorta" adı eşitdiz qacın" -
Hörmətli qurup üzvləri.
Şikayətim "Günay sığorta"şirkətindəndi.Mən belə qeyri profesional şirkət görməmişəm.
Avro qəza oldu. Digər tərəfin sığortası mənim avtomobilimi düzəltməlidi. 12 gün keçdi xəbər olmadı. Özüm getdim dedilər sənəd gəlib.Gəlmisiz senedlərin kopyasın çıxardaq. Amma mənə zəng eden olmamışdı.
Avtomobilimi qiymətləndirməyə göndərmədən 300 azn ödəniş təyin ediblər. Avtomobilimin bamperi qırılıb hissəsidə düşüb.
Dedim bu məbləğlə razı deyiləm. Ofisdə gözlətdilər nümayəndə gəlir. Nümayəndə gəldi. Avtomobilə baxdı dedi düzəltdirək razı deyilsizsə.
Deyirəm bu bir detaldı hissəsi itib hadisədə buna ne yapıştıracqsız? Deyir mersedes bamperi tapıb ondan ederik matirial eynidi. Deyirəm qardaş bamperim gərılıb başqa bamper qoyun duzeldun.
Deyir razı olmayacaq muduriyyət, bəlkə razılaşasız. Nə isə dedi 2 günə zəng edecəm. 3 gün keçdu men zeng eledim,Ş telefonu açmadı.
Bu gün zəng etmişəm ofisə yeni nömrə verdilər, dedilər 1 saata zəng elə. Axırı onlada danışdım.
Deyir belədi, bamper bamperdi, kesib birindən yapışdırıb verəcəklər.

Buda bizim sığortalar. Hər il 115 azn məcbur alırlar məndən sığortaya. Belə olandada etdikləri budu
Məsləhətim budur "Günay sığorta" adı eşitdiz qacın. Sığortaya 1 ay qalmışdan insanları yasamağa goymurlar, sığorta edək deyə.
Teref.az olaraq qarşı tərfəin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.