Mehdiyevin adamları belə çapıb-talayır... - Kimlər necə qazanır...

30-09-2020, 17:17           
Mehdiyevin adamları belə çapıb-talayır... -
Mehdiyevin adamları belə çapıb-talayır...
Ağcabədi Rayon İcra Hakimiyyəti 3 tenderin qalibini açıqlayıb.

FED.az xəbər verir ki, hər üç tenderi fiziki şəxs Mütəlimov Kənan Soltan oğlu qazanıb.

Fiziki şəxs tikili və avadanlıqların cari təmiri, istehlakyönlü müxtəlif xidmətlər, yumşaq inventar,yataq ləvazimatları və xüsusi geyimlərin alınması tenderlərinin qalibi olub
İcra hakimiyyəti Mütəlimov Kənan Soltan oğluna tikili və avadanlıqların cari təmiri üçün 9180 AZN, istehlakyönlü müxtəlif xidmətlər üçün 5800 AZN, yumşaq inventar,yataq ləvazimatları və xüsusi geyimlərin alınması üçün 9180 AZN ödəyəcək. Ağcabədi Rayon İcra Hakimiyyəti ümüumilikdə Mütəlimov Kənan Soltan oğluna 24 min 160 manat ödəyəcək.

Dia.az xatırladır ki, hazırda Ağcabədiyə rəhbərlik edən Rafil Hüseynov buna qədər Masallının icra başçısı olub. Həmin təyinata qədər isə PA-da Əli Həsənovun kurasiyası altında çalışan Rafil Hüseynov Ramiz Mehdiyevə biət edənlərdən biridir.

Hər halda, cəbhədə gərginliyin olduğu bir məqamda mehdiyevçilərin yeyinti xəbərlərinin yayılması normal bir təzahür kimi qəbul edilməlidir...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.