Binəqədi rayon Su Kanal idarəsini hələ də ELNUR ƏLİYEV idarə edir- KORRUPSİONER ELNUR ƏLİYEVİN QARANLIQ DOSYESİ

28-10-2020, 06:15           
Binəqədi rayon Su Kanal idarəsini hələ də ELNUR ƏLİYEV idarə edir-
Qaradağ rayon Su Kanal idarəsinin yarıtmaz rəisi Elnur Əliyev hələ də daha öncə rəisi olduğu Binəqədi Rayon Su Kanal idarəsini öz karrupsioner metodu ilə idarə edir.
Axı belə idarəetmə nəyə lazımdır? Niyə başqalarının işinə burnunu “soxmaq” ölkəmizdə ənənəvi hal alıb?
İndi isə gəlin ELNUR ƏLİYEVİN qaranlıqlarla dolu dosyesinə nəzər salaq:
Əslən Qubadlı rayonundan olan Elnur Əliyev əvvəllər Yasamal rayon Su Kanal idarəsinin rəisi olub və işlədiyi dövrdə mətbuatda onun haqqında dərc olunmuş yazını təqdim edirəm:
İdarə müdiri dövlət idarəsini özəl obyektinə çevirib başlıqlı yazıya nəzər salaq.
«Azərsu» ASC-nin maliyyə vəsaitlərini mənimsəyən Yasamal Su-Kanal idarəsinin müdiri Elnur Əliyev əhaliyə suyu misqalla satır…

Yasamal rayonunda ciddi su problemi yaranıb. Yasamal rayon Su Kanal İdarəsi ilə bağlı Bakuxeber-ə daxil olan şikayət məktubunda bildirilir ki, Yasamal Su Kanal İdarəsinin müdiri Elnur Əliyev işi Yasamal rayonunu içməli su ilə təmin etmək olsa da, idarə müdirini içməli su ilə təchizatı qətiyyən maraqlandırmır. Şikayətçilərin yazdığına görə, onlar Su-Kanal İdarəsinin rəisinə yaranmış problemlə bağlı müraciət etsələr də, əhəmiyyət verilməyib. Daha doğrusu, Elnur Əliyev bildirib ki, «Azərsu» rəhbərliyinin aylıq haqqını çatdırmaq üçün içməli suyu əhaliyə müxtəlif variantlarla satmaq məcburiyyətindədir.
Elnur Əliyevin daha sonrakı iş yeri daha doğrusu “qazanc” yeri Binəqədi Rayon Su Kanal idarəsi olmuşdur. Elnur Əliyevin bahalı villaları,LEXUS markalı avtomobil kolleksiyaları, şəhərin mərkəzində olan milyonluq obyektlərə və.s. biznes şəbəkələrinə məxsus olduğu dövr məhz elə bu dövrə təsadüf edir.
Bəh-bəh..... Sən demə kişi qaz vurub qazan doldururmuş.XUB.
Binəqədi rayonunda işlədiyi müddətdə camaatın dili ilə desək BİNƏQƏDİNİ XARABA QOYMUSAN.
Binəqədi Rayonunda çəkilən “levi” xətlərin hər biri aylıq qazanc imiş necə deyərlər hərəsi bir obyekt imiş....... Görəsən Qorxmaz müəllim Elnur Əliyevin qara əməllərin araşdırsa Elnur Əliyev Qorxmaz müəllimə nə cavab verəcək? Deyək ki,Qorxmaz müəllimə qohum olduğunu kimlərəsə zəng elətdirdin canını qutardın bəs ölkəmizin güc strukturlarından necə canını qurtaracaqsan? KORRUPSİONER MƏMUR ELNUR ƏLİYEVİN indiki iş yeri Qaradağ Rayon Su Kanal idarəsidir.Elnur Əliyev Qaradağda işləyə-işləyə həm də Binəqədini idarə edir. Pul nə şirin imiş əəəə...
ELNUR ƏLİYEV işlədiyi ərazilərdə şəhid ailələri ilə qazilərlə,özü qarabağlı olsa da məcburi köçkünlərlə kobud rəftarı ilə dəfələrlə gündəmə gəlmişdir.
Ümid edirik QORXMAZ HÜSEYNOV ELNUR ƏLİYEVLƏ bağlı geniş ölçü götürərək vəzifəsindən uzaqlaşdırar......
P.S. Hörmətli Elnur ƏLİYEV
Hər yerdə özünü nüfuzlu şəxslərin,icra başçısının, güc strukturlarının rəhbər şəxslərinin yaxın qohumu kimi qələmə verirsən,heç qorxmusanmı ki,bunun üstü açılar?
Geniş materialı faktlarla yaxın dəqiqələrdə sizin nəzərinizə çatdıracağıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
/gundelik-baku.com/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.