Lənkəranda daldalanmağa ağac qalmadı... - ETSN rəhbərliyinin NƏZƏRİNƏ

6-10-2022, 10:48           
 Lənkəranda daldalanmağa ağac qalmadı... -
"Müasir dünyada, eləcə də Azərbaycanımızda ekologiyanın qorunması istiqamətində böyük işlər görülsə də, nədənsə dövlətin bu istiqamətdə yürütdüyü siyasət sanki Lənkəran rayonunun Girdəni kəndində bəzi "vətənpərvər, müftəxor məmur" və onlara bu işdə dəstək olan "insanlar"ın şəxsi mənfəət və mənafelərinə uyğun gəlmir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Lakin istənilən məsələdə hər bir vətəndaşın borcudur ki, yaşadığı ölkənin qanunlarına əməl etsin və təəssübünü çəksin. Belə ki, şəkillərdən də açıq-aydın gördüyünüz kimi Lənkəran-Boradigah yolunun Girdəni kəndi ərazisində asfalt yolun kənarında illər öncə əkilmiş ağacların kütləvi surətdə kəsilir. Heydər Əliyev Fondunun "hərəyə bir ağac əkək" şüarı Girdəni kəndində "hərəyə 3 ağac kəsək" şüarı ilə əvəz olunaraq bu istiqamətdə sürətlə "mühüm işlər" görülür. Hətta 30 il bundan öncə rayonda, ümumiyyətlə, qaz olmayanda qış mövsümündə evlərin qızdırılmasında odundan istifadə edilən bir dövrdə belə yolun kənarında olan bu ağaclar kəsilməsə belə hal-hazırda kimlərinsə obyekt, mağaza tikilməsi üçün çox rahatlıqla kəsilərək məhv edilir.

Məsələ ilə bağlı faktlar əsasında vətəndaş aidiyyatı orqanlara müraciət etsə də, çox təəssüflər olsun rəsmi dairədən məsələyə nə müdaxilə olunur, nə də asfaltın 1 metrliyində aparılan tikinti işləri dayandırılır. Bu gedişlə qısa zaman kəsiyində yolun kənarında 1 ağac belə salamat qalmaz. Ən pisi isə bu işlər adını belə düzgün yaza bilməyən, lakin kənddəki torpaqların satılıb alınmasında hətta aidiyyatı üzrə rayon və kənd rəsmilərinin də hesablaşdığı hansısa məxluqun əli ilə həyata keçirilir..."

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.