"50 ildir televiziya ekranlarından, efirlərdən görür, eşidirəm ki, guya bizdə ailə institutu var"

10-09-2019, 09:01           
"50 ildir televiziya ekranlarından, efirlərdən görür, eşidirəm ki, guya bizdə ailə institutu var"
Tanınmış publisist-jurnalist Xeyrəddin Qoca Moderator.az-a açıqlamasında ölkədə tüğyan edən ailə böhranları, boşanma və ailə münaqişələrindən qaynaqlanan problemlərlə bağlı maraqlı fikirlər səsləndirib:

"Məndən boşanmaların, ailələrin dağılmasının, balaların əbədi bədbəxt tale ilə yaşamalarının səbəbini soruşurlar. Bu səbəblər barədə bir kitab yazmaq olar. 50 ildir televiziya ekranlarından, efirlərdən görür, eşidirəm ki, guya bizdə ailə institutu var! Sonra da verilişlərdə başlayırlar camaata ağıl verməyə ki, bəs, qaynanaya, qaynataya qulaq asmaq lazımdır, lazım gəlsə, gəlin onların ayaqlarını yumalıdır, kişinin yeməyini, içməyini vaxtında hazırlamalıdır, ev-eşiyi təmiz saxlamalıdır, uşaqlara tərbiyə verməlidir, onların dərsi ilə məşğul olmalıdır və s. və i.a.

Baxın, elə bu tələblərə görə bizdə ailə institutu ola bilməz, heç vaxt da olmayıb! Yalan-palan danışıb, xalqı aldatmayın! Keçmişdə də, indi də qadınla kişi el üzünə bir yerdə yaşayıblar, yaşayırlar!

Soruşacaqsınız, bəs sevgi? Elə sevgi xülyaları ilə qurulan ailələrin 90 faizi dağılır, çünki dağılmağa məhkumdurlar! Mən də indiyədək hamıya verdiyim sualı bu yazını oxuyanlara da verirəm: A kişilər, xanımlar, ac qarına sevgi olar? Deməli, omaz! Axı hamı ac qalmır, deyəcəksiniz. İmkanlıların da bir neçə "sevgisi" olur...

Yaxşı, bunlar subyektiv fikirlərdir. Bəs, kişi məsələsini nə edək? Hər evlənəni kişi saymaq olar? Xalqın qızını alıb, pulu-parası yox, təhsili yox, əlbəttə, dünyagörüşü, mədəniyyəti də yox, küçə adamlarından seçilmir, ağzının danışığını bilmir, qadın onunla qol-qola tutub necə çıxsın camaat arasına? Ağzını da açan kimi deyir "mən kişiyəm!" Xalqın qızını almısan, namusun, qeyrətin olsun, saxla də! Boşayıram, başını kəsirəm, döyürəm, söyürəm, "mən kişiyəm!" Hanı sənin kişiliyin? O hərəkətləri də ona görə edirsən ki, cahilsən, savadsızsan!

Mən həmişə valideynlərə deyirəm, qızlarınızı belə kişilərə verib bədbəxt etməyin! Hələ onu demirəm ki, ən yaxşı kişi, heç bir qadından üstün deyil! Qadın bizim namusumuzdur, uşaqların anasıdır, onu aşağılamaq, alçaltmaq, əzmək şərəfsiz, ləyaqətsiz kişilərin işidir! Kişinin şəxsiyyəti, qürürü, atalıq hissi olmalıdır. Onun-bunun qabağında əyiləndən kişi olar? Qadınlar belə kişilərə nə qədər dözsünlər? Dava-dalaş, söz-bez, ailə faciələri də belə məsələlərdən doğur.

İndi "kişilər" hərəsi uzun bir saqqal qoyub gəzirlər ki, bəs "mən kişiyəm!" Onda keçilər hamısı kişidir!..шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.