"Bütün proseslər sanki kənardan pultla idarə olunur və ABŞ-ın istədiyi kimi nəticələnəcək"

14-10-2019, 13:04           
"Bütün proseslər sanki kənardan pultla idarə olunur və ABŞ-ın istədiyi kimi nəticələnəcək"
"ABŞ ayın səthindən Qeliya-3 izotopunu gətirib emalına başlamaq üzrədir, bir ton izotop 15 milyon ton neftin enerjisini əvəz edə bilir" Görəsən, Türkiyənin Suriya sərhəddində həyata keçirdiyi "Barış Pınarı" hərəkatı və Səudiyyə Ərəbistanı - İran arasındakı yaşanan tanker savaşı hansı ölkələrin ürəyincədir? Bu gərginlik neftin qiymətinə necə təsir edəcək?

Keçmiş maliyyə naziri, tanınmış iqtisadçı professor Saleh Məmmədov son durumu Moderator.az-a şərh edib:

"Dünyanın işlərini daha ağıllılar idarə edir. Canlı aləm daha ağıllı insanlar tərəfindən idarə olunur, bütün heyvanlar aləmi insan oğluna tabedir. İnsan aləmini də öz növbəsində daha kamil insanlar və onların toplumu idarə edir. Bu günkü hadisələr də dünyanın intelekt mərkəzindən yönəldilir və tam nəzarət olunur. İdarə olunan obyektlərin özləri bu prosesi dərk edə bilmir. Proseslər dəqiqliklə idarə olunur və bunlar əsasən idarə edən intelekt qüvvələrin maraqlarına uyğunlaşdırılır. Neftin qiymətinin qaldırılması bu qüvvələrin maraqlarına cavab vermir. Əksinə, ABŞ və AB neftin qiymətinin düşməsini istəyir. Zənn etmirəm ki, neftin qiymətinin qalxmasına imkan verilsin, buna elə bir şərait də yoxdur. Neft erası bitmək üzrədir, alternativ enerji mənbələri sürətlə inkişaf etməkdədir. ABŞ ayın səthindən Qeliya-3 izotopunu gətirib emalına başlamaq üzrədir. Bir ton izotop 15 milyon ton neftin enerjisini əvəz edə bilir. Artıq 10 milyonlarla ton ehtiyyat aşkar edilib. Qısa olaraq bütün proseslər sanki kənardan pultla idarə olunur və ABŞ-ın istədiyi kimi nəticələnəcək. İdarə olunan obyektdən idarə edən subyektə çevrilmək üçün bizlərə onlar kimi intelekt, elm və bilik toplamaq lazımdır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.